Futbol üzrə İtaliya Superkubokunun qalibi müəyyənləşib. Həlledici oyunda “İnter” və “Milan” komandaları qarşılaşıb. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən oyun “Milan”ın minimal hesablı qələbəsi ilə başa çatıb -3:2. Oyunda hesabı 45+1-ci dəqiqədə "İnter"in hücumçusu Lautaro Martines açıb. Matçın ikinci hissənin əvvəlində, 48-ci dəqiqədə Mehdi Taremi “İnter”in hesabdakı üstünlüyünü iki topa çatdırıb. Lakin İnzaginin komandası qələbə hesabını sona qədər qoruya bilməyib. Matçın 52-ci dəqiqəsində Teo Hernandes, 80-ci dəqiqədə isə Kristian Pulişiç fərqlənərək hesabı bərabərləşdirib. Oyunun 90+3-cü dəqiqəsində “Milan”ın hücumçusu Temmi Abraham komandasına qələbə qzazandıran qolu vurub. “Rossonerilər” bu qələbə sayəsində tarixində 8-ci dəfə İtaliya Superkubokunun qalibi olub.
"Milan" tarixində 8-ci dəfə İtaliya Superkubokunun qalibi oldu - FOTO
 
             
                                     
                                     
                                     
                             
                                jpg-1761896453.jpg) 
                                 
                                 
                                 
                                jpeg-1761852833.jpeg) 
                                 
                                 
                                 
                                 
                                 
         
                         
                         
                         
                         
                         
                         
                         
                        


 
                        jpeg-1761331217.jpeg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        