"Roskaçestvo"nun son araşdırması Rusiya mağazalarında satılan bir çox kərə yağı markasının keyfiyyət standartlarına cavab vermədiyini üzə çıxarıb.
News24.az xəbər verir ki, 82,5% yağlı kərə yağı yalnız təbii qaymaqdan hazırlanmalıdır. Lakin testlər göstərib ki, bir çox məhsula ucuz bitki yağları qatılır.
"Solneçnaya Dolina" və "Derevenskaya Burenka" kimi tanınmış brendlərin yağlarında da bitki mənşəli yağlara rast gəlinib.