Avarçəkənlərimiz Paolo De Aloya" xatirə turnirində iştirak edəcəklər 

Avarçəkənlərimiz Paolo De Aloya" xatirə turnirində iştirak edəcəklər 

Aprelin 24-26-da İtaliyada akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turniri keçiriləcək.

Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, üç gün davam edəcək yarışda Azərbaycan avarçəkənləri də mübarizə aparacaqlar. Nüfuzlu beynəlxalq yarışda ölkəmiz üç idmançı ilə təmsil olunacaq. Azər İlyasov, Ziya Məmmədzadə və Nurlan Paşayev akademik avarçəkmə üzrə yığmanın baş məşqçisi Volodimir Morozovun rəhbərliyi altında mükafatlar uğrunda yarışacaqlar.