Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün Həsrət Cəfərovun ardından Qurban Qurbanov da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 82 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Adlet Tyulbayevə (UWW) qalib gələrək Avropa çempionu olub.


