İkiqat Olimpiya çempionunun adını daşıyan arena istifadəyə verilib - FOTO

İkiqat Olimpiya çempionunun adını daşıyan arena istifadəyə verilib - FOTO

Londonda üçqat Böyük Dəbilqə, ikiqat Olimpiya çempionu britaniyalı Endi Mürreyin adını daşıyan arenanın rəsmi açılış mərasimi keçirilib.

Olimpnews.az xəbər verir ki, "Queens Club"da yerləşən arenanın açılışı WTA-500 turnirindən əvvəl təşkil edilib. Sonra həmin idman qurğusu Beatris Haddad-Maia (Braziliya) - Petra Kvitova (Çexiya) arasında ilk rəsmi görüşünə ev sahibliyi edib - 2:6, 6:4, 6:4.

Məlumat üçün bildirək ki, Mürrey London-2012 və Rio-2016-da fərdi olaraq Olimpiya çempionu tituluna yiyələnib.

İkiqat Olimpiya çempionunun adını daşıyan arena istifadəyə verilib - FOTO