AŞF-nin yeni loqosu təqdim edilib

AŞF-nin yeni loqosu təqdim edilib

Şahmat

Bugün, 15:36

Mayın 22-də Azərbaycan Şahmat Federasiyası yeni loqosunu təqdim edib.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yeni loqo “AŞF” abbreviaturasıyla diqqəti cəlb edir. “A” hərfinin içərisində piyada, “F” hərfinin içərisində isə vəzir fiquru siluet kimi verilib. Abbreviaturanın fonunda şahmat taxtası zərif naxış kimi loqoya şahmat mövzusunu əlavə edir.
 Minimalist və müasir yanaşma tünd göy rəngi ilə etibar və ciddilik yaradır. Loqoda piyada və vəzir fiqurlarının inteqrasiyası şahmatın strategiya, səbr və liderlik fəlsəfəsini simvolizə edir.
Loqodakı mesaj belədir: hər piyada vəzir ola bilər. Piyadadan vəzirə, gedişdən ustalığa doğru. Hər uşaq, hər həvəskar, hər şahmatçı məqsədə çata bilər. Piyadayla başlanan yol vəzirlə davam edərək qələbəyə doğru irəliləyir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR