Liqa komissarından hokkeçilər üçün xoş xəbər 

Liqa komissarından hokkeçilər üçün xoş xəbər 

Milli Hokkey Liqasının komissarı Qari Bettman NHL oyunçularının 2026-cı il Qış Olimpiadasına buraxılması barədə fikirlərini bildirib.

"Biz NHL oyunçularının 2026-cı il Olimpiya Oyunlarında iştirakını təsdiqləməkdən məmnunuq. Olimpiada oyunçularımızın bacarıq və istedadını beynəlxalq arenada nümayiş etdirmək üçün bir şans olacaq. Biz fəxr edirik ki, IIHF, NHLPA və BOK ilə bunu reallığa çevirmək və bununla da hokkeyin dünyəvi inkişafına töhfə verməklə razılaşa bilmişik", - NHL mətbuat xidməti Bettmanın sözlərindən sitat gətirib.

Məlumat üçün bildirək ki, gələn il Qış Olimpiya Oyunlarının fevralın 6-dan 22-dək İtaliyanın Milan və Kortina d Ampezzoda (İtaliya) şəhərlərində keçiriləcək.