"Dünya çempionatı olmaq aruzusundayam" 

"Dünya çempionatı olmaq aruzusundayam" 

Meksika millisinin qapıçısı Gilyermo Oçoa karyerasında altıncı dəfə dünya çempionatında iştirak etmək niyyətində olduğunu açıqlayıb. "Dünya çempionatı olmaq aruzusundayam. Yüksək səviyyəni qorumaq üçün klubda hər gün məşq edirəm. Karyeramı izləyən insanlar bilirlər ki, nə qədər fədakarlıq etmişəm və şansım olsa, hər şey etməyə hazıram", - deyə qapıçı sosial şəbəkə hesabında paylaşım edib.

Portuqaliyanın ABC klubu ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu alan 39 yaşlı yaşlı qapıçı DÇ-2026-da əlcək geymək istəyir.

Qeyd edək ki, Oçoa beş mundialın ilk ikisində ehtiyat oyunçular skamyasında oturub.