U17 dünya çempionatının medalları təqdim olundu

U17 dünya çempionatının medalları təqdim olundu

Gündəm

24.07.2026, 20:08

Bakıda keçiriləcək U17 dünya çempionatının medalları təqdim olunub.

Olimpnews.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, çempionatın medalları özünəməxsus dizaynı ilə seçilir. Medalın kənarlarında Azərbaycanın zəngin mədəni irsini əks etdirən milli xalçaçılıq naxışlarından istifadə olunub. Bu elementlər yarışın ev sahibi olan Azərbaycanın tarixi-mədəni dəyərlərini ön plana çıxarmaqla yanaşı, medallara xüsusi estetik görünüş qazandırır.

Diametri 10 santimetr olan medallardan ümumilikdə 120 ədəd hazırlanıb. Yarışda 30 qızıl, 30 gümüş və 60 bürünc medal sahibini tapacaq.

Qeyd edək ki, U17 dünya çempionatı 27 iyul – 2 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirəcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR