Frenki de Yonqun "Barselona"dakı gələcəyi sual altındadır

Frenki de Yonqun \"Barselona\"dakı gələcəyi sual altındadır 

Futbol

Bugün, 13:12

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqun klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Olimpnews.az İspaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı futbolçu "Atletiko Madrid"ə qarşı keçirilən cavab oyununda meydana çıxmaq üçün klubun tibbi heyətindən tam icazə alsa da, qarşıdan gələn dünya çempionatını nəzərə alaraq risk etmək istəməyib və oynamaqdan imtina edib.

Bildirilir ki, baş məşqçi Hansi Flik futbolçunun bu qərarından ciddi narazı qalıb. Almaniyalı mütəxəssisin Frenki de Yonqa olan etimadının sarsıldığı və bu hadisənin onda böyük məyusluq yaratdığı iddia olunur.

Məlumata əsasən, Frenki de Yonq hazırda transfer variantlarını da dəyərləndirir. Bu səbəbdən onun zədəsinin dəqiq diaqnozunun müəyyənləşdirilməsi prosesini uzatmağa çalışdığı bildirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR