“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib  

“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib  

Olimpiya dünyası

Bugün, 15:44

“Neftçi” İdman Klubu tarixi köklərə söykənən yeni və müasir loqosunu təqdim edib.

Olimpnews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkənin ən köklü idman təşkilatlarından biri olan klubun yeni emblemi ənənəvi ağ-qara fonda hazırlanıb. Loqonun mərkəzində klubun ilk rəmzinin konturları, adının baş hərfi və neft buruqları əks olunub. Üst hissədə "NEFTÇİ" İdman Klubu adı, aşağısında isə onun yaranma tarixi -"1937" rəqəmi əsas vizual elementlər kimi ön plana çıxır. Bu detallar brendin müasir rəsmi statusunu onun şərəfli və zəngin tarixi irsi ilə vəhdətdə birləşdirir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR