Ən bahalı olimpiada

Ən bahalı olimpiada




Rusiyanın Soçi şəhəri olimpiadaya xərclənən vəsaitə görə rekord vurub. Bu barədə məlumatı Soçi-2014-ün Təşkilat Komitəsi verib.
Maraqlıdır ki, Soçi-2014 Olimpiadasına xərclənən vəsaitin həcmi 11 Olimpiya oyunlarına birlikdə sərf olunan vəsait qədərdir. Beləliklə, 11 olimpiadanın maliyyə dəyəri 35 milyard avro olduğu halda, Soçi-2014 Qış Olimpiya Oyunlarına 51 milyard avro xərclənib. Rusiyadan öncə bu sahədə rekord Yaponiya hökumətinə məxsus idi. Belə ki, Yaponiya Naqano-1998 Oyunlarına 14,6 milyard avro xərcləmişdi.
1924-cü ildən bu vaxta qədər qış olimpiadalarına xərclənən vəsaitin məbləği aşağıdakı kimidir:

I Olimpiada - Şamoni-1924 (Fransa) - 3 milyon avro
II Olimpiada - Sankt-Moris-1928 (İsveçrə) - 3 milyon
III Olimpiada - Leyk-Plesid-1932 (ABŞ) - 24 milyon
IV Olimpiada - Qarmiş-Patrinkirhen-1936 (Almaniya) - 15 milyon
V Olimpiada - Sankt-Moris-1948 (İsveçrə) - 4 milyon
VI Olimpiada - Oslo-1952 (Norveç) - 19 milyon
VII Olimpiada - Kortina-D`Ampetso-1956 (İtaliya) - 62 milyon
VIII Olimpiada - Skvo-Velli-1960 (ABŞ) - 145 milyon
IX Olimpiada - İnsburk- 1964 (Avstriya) - 39 milyon
X Olimpiada - Qrenobl-1968 (Fransa) - 1,9 milyrd
XI Olimpiada - Sapparo-1972 (Yaponiya) - 3,3 milyard
XII Olimpiada - İnsburk-1976 (Avstriya) - 189 miylon
XIII Olimpiada - Leyk-Plesid-1980 (ABŞ) - 373 milyon
XIV Olimpiada - Sarayeva-1984 (Bosniya-Hersoqovina) - 325 milyon
XV Olimpiada - Kalqari -1988 (Kanada) - 1,1 milyard
XVI Olimpiada - Alberbil-1992 (Fransa) - 2,8 milyard
XVII Olimpiada - Lillihamer -1994 (Norveç) - 1,3 milyard
XVIII Olimpiada - Naqano -1998 (Yaponiya) - 14,6 milyard
XIX Olimpiada - Solt-Leyk-Siti-2002 (ABŞ) - 1,5 milyard
XX Olimpiada - Turin-2006 (İtaliya) - 2,1 milyard
XXI Olimpiada - Vankuver-2010 (Kanada) - 5 milyard
XXII Olimpiada - Soçi-2014 (Rusiya) - 51 milyard

Qeyd: mütəxəssislər bu məbləği avro ekvivalenti ilə hesablayıblar

Qeyd edək ki, fevralın 7-də start götürən 22-ci Qış Olimpiya Oyunları fevralın 23-ə davam edəcək. Soçidə idmançıların və ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün 37 min insan çalışır. 4 min nəfər isə könüllü şəkildə xidmət göstərir. Olimpiada üçün biletlərin qiymətləri 30-1300 dollar arasında dəyişir. Oyunlarda 88 fərqli ölkədən 3 min idmançı iştirak edir. Soçi-2014 Qış Olimpiya Oyunlarının biletlərindən 130 milyon dollar gəlir əldə edilməsi planlaşdırılır.