İdmanda möhkəm iradə qalib gəlir

İdmanda möhkəm iradə qalib gəlir


Polşalı Yustina Kovalçik Soçidə klassik üslubla 10 km məsafəyə xizəksürmə yarışlarında Soçi-2014 Olimpiadasının qızıl medalına layiq görülərək ikiqat Olimpiya çempionu olub.
Qüyd edək ki, Yustina bazar günü pəncə sümüklərinin sındığına baxmayaraq Soçidə çıxışlarını davam etdirəcəyini bildirməklə öz pərəstişkarlarını heyrətləndirib.
Olimpiadanın qalibi saniyəölçənini 28 dəqiqə 17,8 saniyədə dayandırıb və çempion adənə qazanıb. İsveçli Şarlotta Kalla (+18,4) gümüş medal, norveçli Tereza Yoxauq isə (+28,3) bürünc medala layiq görülüb.
Y.Kovalçik "Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi rentgen şəklinin altında yazıb: "Bu mənim pəncəmin rentgen şəklidir. Çoxsəviyyəli sınıq. Bütün ekspertləri salamlayıram. Narahat olmayın. Mən yürüşü davam etdirəcəyəm”.
Qeyd edək ki, Y.Kovalçik Soçi2014 Olimpiadasında ətraf sınığı ilə yarışı davam etdirmiş ilk iştirakçı deyildir. Ondan əvvəl snoubord-kross üzrə Olimpiya çempionu kanadalı Melli Riker oyunlardan əvvəl biləyini sındırmış, amma yarışlardan imtina etməmişdi.