"İdman hamı üçün" layihəsi çərçivəsində növvəti tədbir keçirilib

"İdman hamı üçün" layihəsi çərçivəsində növvəti tədbir keçirilib

Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhər Nizami Gəncəvi adına xatirə parkında "İdman hamı üçün" layihəsi çərçivəsində voleybol, sərbəst və yunan-Roma güləşi, yerindən uzununa tullanma, kəndirlə mübarizə idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
Olimpnews.az xəbər verir ki, tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektorunun və idarənin nəzdində Masallı rayon Uşaq Gənclər İdman Məktəbinin  kollektivi və rayon sakinləri iştirak ediblər. Böyük marağa səbəb olun kütləvi idman tədbirinin keçirilməsində məqsəd əhali arasında idmanın təbliği, ona marağın artırılması, fiziki inkişafa, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.