Yüksək Liqada kişi voleybolçuların mübarizəsinə start verilir

Yüksək Liqada kişi voleybolçuların mübarizəsinə start verilir

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada yeni mövsümə start veriləcək.

Olimpnews.az xəbər verir ki, birinci turun ilk qarşılaşmasında “Neftçi” klubu ORDU ilə üz-üzə gələcək. Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək oyun saat 15:00-da başlayacaq. Bu qarşılaşmadan sonra həmin arenada “Murov Az Terminal” və “Azərreyl" komandaları meydana çıxacaq. Oyunun start fiti saat 17:00-da səslənəcək.