Ər-Riyad-2025: Taekvondoçumuz gümüş medal qazandı

Ər-Riyad-2025: Taekvondoçumuz gümüş medal qazandı

Bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarına start verilib.

Olimpnews.az xəbər verir ki, taekvondoçumuz Minayə Əkbərova (46 kq) finalda iranlı rəqibi Sayma Karimirahyerdiyə məğlub olaraq gümüş medala sahib çıxıb.

Qeyd edək ki, taekvondoçularımız Cavad Ağayev (74 kq), Bəhruz Quluzadə (54 kq) və Məryəm Məmmədova (57 kq) Oyunları medalsız başa vurublar.

Ər-Riyad-2025: Taekvondoçumuz gümüş medal qazandı