Ər-Riyad-2025: Bu gün iki idman növü üzrə 5 idmançımız mübarizə aparacaq

Ər-Riyad-2025: Bu gün iki idman növü üzrə 5 idmançımız mübarizə aparacaq

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.

Olimpnews.az xəbər verir ki, Oyunların 13-cü yarış günündə idmançılarımız iki idman növdə mübarizə aparacaqlar.

 Təmsilçilərimizdən Elçin Eminov (60 kq) uşu-sandada üzrə yarışlarda final görüşünə çıxacaq. Təmsilçimizin rəqibi Yusif Xalid Basyonı Məhəmməd Hamoda (Misir) olacaq.

Bu gün həmçinin daha üç taekvondoçumuz dayanq üzərinə çıxacaq. Təmsilçilərimizdən Olimpiya mükafatçımız Qaşım Maqomedov (60 kq), Taleh Süleymanov (82 kq) və Səmərrux Osmanova (51 kq) mükafatlar uğrunda yarışacaq. 

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarına noyabrın 21-də yekun vurulacaq.