Masallıda Gənclər evi SXM-də “5 Dekabr-Beynəlxalq Könüllülər Günü” münasibətilə güllə atıcılığı üzrə turnir keçirilib.
Təşkilatçısı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi olan tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, onların asudə vaxtlarının səmərəli təşkili, həmçinin könüllülük dəyərlərinin geniş yaymasına dəstək göstərmək olub.
Gərgin və rəqabətli mübarizə şəraitində başa çatan yarışda yüksək nəticə göstərən gənc oğlan və qızlar Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medallarına layiq görülüblər.


