Xəbər verdiyimiz kimi, Madrid "Real"ında yaxın vaxtlarda baş məşqçi dəyişikliyi gözlənilir.
Olimpnews.az "The Athletic" qəzetinin məlumatına istinadən xəbər verir ki, komandanın UEFA Çempionlar Liqasında "Mançester Siti"yə məğlubiyyəti Xabi Alonsonun istefası üçün yetərli olacaq. Belə olduğu təqdirdə klubun keçmiş müdafiəçisi Alvaro Arbeloa Alonsonu əvəzləyə bilər. Arbeloadan başqa Yurgen Klopp və Zinədin Zidanın da təyinatı geniş müzakirə olunub.
Məlumat üçün bildirək ki, "Real" İspaniya La liqasında 36 xalla ikinci pillədə qərarlaşıb. UEFA Çempionlar Liqasında Madrid klubu 12 xalla beşinci yerdədir.
"Mançester Siti"yə qarşı matç Alonso üçün imtahan olacaq


