Milan-Kortina-2026: Püşkatmaya gecikən xizəkçiyə güzəşt etdilər

Milan-Kortina-2026: Püşkatmaya gecikən xizəkçiyə güzəşt etdilər

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının sprint yarışlarında altıncı yeri tutan italiyalı xizəkçi Nikol Monsorno yarışın yarımfinal mərhələsinin püşkatmasına gecikib.

Olimpnews.az xəbər verir ki, bu, xizəksürmədə nisbətən nadir hal hesab olunur. İdmançının stadionda təxminən üç dəqiqə gözlənildiyi, sonra radio vasitəsilə püşkatma yerinə çağırıldığı bildirilib. O, ilk yarışda Conna Sandlinq, Jasmi Joensuu, Kristine Stavos Sistad, Samanta Smit və Lauren Hjörtberg ilə birlikdə sprint yarışlarında mübarizəni davam etdirəcək.