İlk medalını Olimpiya rekordu ilə qazandı

İlk medalını Olimpiya rekordu ilə qazandı

ABŞ milli komandasının heyətində çıxış edən sürətli konkisürən Cordan Stolz Milan və Kortina-2026 Qış Olimpiya Oyunlarının qalibi olub. 

Olimpnews.az xəbər verir ki, o, 1000 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayaraq karyerasının ilk qızıl medalına yiyələnib. Cordan, həmçinin 1:06.28 nəticə ilə yeni Olimpiya rekordunun müəllifi olub. 21 yaşlı idmançı çoxnövçülükdə iki, fərdi məsafələrdə isə altı dəfə dünya çempionu adını qazanıb.