Amerikalı reper Snoop Doqqun cangüdənləri ilə sürətli konkisürmə üzrə niderlandlı üçqat Olimpiya çempionu Marianne Timmer arasında toqquşma baş verib. "Daily Mail" qəzetinin verdiyi məlumata görə, hadisə Snoop Doqq 1000 metrlik yarışı izlədikdən sonra konkisürmə stadionundan çıxarkən baş verib. Həmin vaxt cangüdənlər müsahibə verən Timmeri kənara itələyiblər. "Mən divara söykənmişdim. Onlardan biri məni daha da divara sıxdı. Mən dedim ki, normal davran, çünki bu, təxminən dörd metr enində böyük bir zaldır. Amma o geri qayıtdı və mən soruşdum ki, nədir, divardan keçməliyəm? O, yenidən mənə hücum etməyə başladı. Sonra mən qəzəblə dedim: “Mən burada Snopp Doqqu yox, Enninq de Bonu gözləyirəm. Onlar məni boynumdan tutub çölə ata bilərdilər", - deyə Timmer qeyd edib.
Reperin cangüdənləri üçqat Olimpiya çempionu ilə kobud davranıblar


