Almaniyalı biatlonçular Vanessa Voyqt və Yanina Hettiç-Valz, eləcə də çexiyalı Cessika İslova Milan-Kortina-2026 Qış Olimpiya Oyunları üçün nəzərdə tutulan Olimpiya kəndini tərk edərək, kənarda burger yeyiblər.
Olimpnews.az Bild nəşrinə istinadən xəbər verir ki, həmin qida idmançılarda mədə problemi yaradıb. Hettich-Walz və İslova bu səbəbdən sprint yarışından imtina ediblər. Voygt isə yarışı 12-ci yerdə tamamlayıblar. Hazırda idmançıların vəziyyətinin yaxşı olduğu bildirilir.


