Azərbaycan parapauerliftinqçiləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Açıq çempionatında çıxış edəcək.
Yarışda ölkəmizi Elcan Səmədzadə (49 kiloqram), Pərvin Məmmədov (49 kiloqram), Ceyhun Mahmudov (59 kiloqram), Rəsul Zəkiyev (97 kiloqram), İlhamiz Kərimov (+107 kiloqram) və Zəhra Dadaşova (61 kiloqram) təmsil edəcəklər.
Turnir martın 6-dan 16-dək təşkil olunacaq.


