Bu gün voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında XVI turun oyunlarına yekun vurulacaq.
Olimpnews.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma təşkil olunacaq.
"Turan" komandası Tovuz Olimpiya İdman Kompleksində "Abşeron"la qarşılaşacaq. Günün digər oyununda isə "Murov Az Terminal" Azərbaycan Voleybol Federasiyasının idman zalında "Azərreyl"lə üz-üzə gələcək. Günün hər iki qarşılaşması 17:00-da başlayacaq.


