Qazaxıstanın Almatı şəhəri 2022-ci ildə keçiriləcək XXIV Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək iddiasındadır. Ölkənin aparıcı idman şəhərlərindən biri olan Almatı buyaxınlarda Asiya Oyunlarına ev sahibliyi edib. Şəhər 2017-ci ildə Tələbələrin Yay Universiadasını da qəbul etməyi planlaşdırır. Almatını Olimpiada-2022 uğrunda mübarizədə dəstəkləmək üçün şəhərdə müxtəlif kampaniyalar təşkil olunur. Belə kampaniyalardan birini də "Pro Team Astana” velosiped komandası keçirib. "Qış Olimpiya oyunlarını qəbul etmək üçün bizim kifayət qədər imkanımız vardır. Ümumiyyətlə, bizim şansımız çoxdur. Çünki Qazaxıstan məşhur idmançıları ilə tanınır. Biz bunun üçün bütün qüvvəmizi səfərbər edəcəyik”, - deyə "Pro Team Astana” velosiped komandasının baş meneceri Aleksandr Vinokurov bildirib.