Azərbaycanlı futbolçu Albaniya çempionatında fərqləndi

Azərbaycanlı futbolçu Albaniya çempionatında fərqləndi 

Futbol

06.05.2026, 18:58

Albaniyanın "Eqnatiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev həmin ölkənin çempionatında qol vurub.

25 yaşlı müdafiəçi Superliqanın XXXV turunun “Partizani” ilə oyununda fərqlənib. 17-ci dəqiqədə rəqib qapısına yol tapan Əliyev komandasını hesabda önə keçirib – 1:0.

Qeyd edək ki, hazırda matçda fasilədir. “Eqnatiya” fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR