Azərbaycanın Əməkdar həkimi Boris Xetaqurovun "50 il futbolda" kitabı təqdim edilib
Olimpiya dünyası
Bugün, 08:45
Azərbaycan İdman Akademiyasında veteran futbol həkimi, Azərbaycanın Əməkdar həkimi Boris Xetaqurovun "50 il futbolda" kitabının təqdimat mərasimi keçirilib.
Olimpnews.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov Boris Xetaqurovun Azərbaycan futboluna verdiyi töhfələrin danılmaz olduğunu söyləyib. Onun 50 illik fəaliyyətinin idman tariximizdə mühüm bir hissə olduğunu deyib və belə dəyərli təcrübənin kitab halında təqdim olunmasının gələcək nəsillər üçün qiymətini vurğulayıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri Zemfira Meftahətdinova idmanda uğurların yalnız idmançıların deyil, həm də onların sağlamlığını qoruyan həkimlərin zəhmətinin nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, Boris Xetaqurov kimi peşəkarların fəaliyyəti bu sahədə xüsusi əhəmiyyət daşıyır.
“Əməkdar həkim” fəxri adına layiq görülmüş Esmiralda Ələkbərova Boris Xetaqurovun uzun illər ərzində gördüyü işlərin bu sahənin inkişafına böyük töhfə verdiyini deyib.
Veteran futbolçu Nazim Süleymanov isə Əməkdar həkimin təcrübəsinin gənc mütəxəssislər üçün nümunə olduğunu diqqətə çatdırıb.
Futbol üzrə beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev B.Xetaqurovun postsovet ölkələrində böyük hörmət qazandığını vurğulayıb.
Kitabın redaktoru Vüqar Məmmədovun sözlərinə görə, nəşrdə veteran həkimin zəngin həyat və peşə yolu dolğun şəkildə əks edilib. O, kitabın oxucularda maraqlı təəssüratlar yaradacağına inandığını bildirib.
Sonda Boris Xetaqurov uzun illərdir fəaliyyəti barədə kitab çap etdirmək istədiyini və burada “Neftçi”də keçirdiyi günlərlə bağlı xatirələrini oxucularla bölüşmək niyyətində olduğunu dilə gətirib. Onun sözlərinə görə, futbol veteranlarının bu kitabın ərsəyə gəlməsində böyük rolu oldu.
Çıxışlardan sonra Boris Xetaqurov kitabı təqdim edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda UEFA-nın proqramı çərçivəsində keçirilən futzal yarışına yekun vuruldu
Bugün, 16:00 Futbol
-
AVF rəsmisi CEV-in Maliyyə Komissiyasının iclasında iştirak edib
Bugün, 14:35 Olimpizm xəbərləri
-
AMADA 2027-ci ildən qüvvəyə minəcək antidopinq yeniliklərini federasiyalara açıqlayıb
Bugün, 12:33 AMADA
-
FIFA-nın "Neftçi"ni hansı futbolçuya görə cəzalandırdığı MƏLUM OLDU - FOTO
Bugün, 12:24 Futbol
-
"Neftçi"nin 3x3 basketbol komandası Dünya Seriyasının ilk oyununda qələbə qazandı
Bugün, 12:05 Basketbol
-
Paraüzgüçülərimiz Dünya Seriyasının mərhələsində yarışacaq
Bugün, 11:30 Su idman növləri
-
Avropa Liqasında finalçılar bu axşam bəlli olacaq
Bugün, 10:43 Futbol
-
Bu gün Konfrans Liqasında finalçılar müəyyənləşəcək
Bugün, 10:02 Futbol
-
"Neftçi" Dünya Seriyasında mübarizəyə başlayır
Bugün, 09:55 Basketbol
-
Azərbaycanın Əməkdar həkimi Boris Xetaqurovun "50 il futbolda" kitabı təqdim edilib
Bugün, 08:45 Olimpiya dünyası
-
“Baku Open - 2026”nın qalibləri mükafatlandırıldı
Bugün, 00:05 Şahmat
-
“Heydər Əliyev kuboku-2026”: 16 oğlan boksçumuz finalda mübarizə aparacaq
06.05.2026, 23:39 Boks
-
“Heydər Əliyev kuboku-2026”: Azərbaycanın qız boksçulardan ibarət millisi 17 medalla komanda hesabında birinci olub
06.05.2026, 21:57 Boks
-
Azərbaycanlı futbolçu Albaniya çempionatında fərqləndi
06.05.2026, 18:58 Futbol
-
Abad məhəllələrdə basketbol yarışları başa çatıb
06.05.2026, 17:41 Basketbol
-
Bakıda keçiriləcək nüfuzlu idman tədbirinin yeni tarixləri müəyyənləşib
06.05.2026, 16:42 Olimpiya dünyası
-
MOK-da Dakar-2026-ya hazırlıqla bağlı görüş olub - FOTO
06.05.2026, 13:47 MOK
-
Dünya şöhrətli müğənni Azərbaycan Qran-Prisində səhnə alacaq
06.05.2026, 12:26 Formula 1
-
Nazir Rəhimov: “Gözəl ailə xoşbəxt yaşamaq üçün əsas şərtdir”
06.05.2026, 10:10 Müsahibə
-
Azərbaycanın stend atıcısı Dünya Kubokunun finalında
05.05.2026, 15:57 Güllə atıcılığı
-
Azərbaycan nümayəndə heyəti Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin iclası və Baş Assambleyasında iştirak edib
04.05.2026, 15:13 Olimpiya dünyası
-
Bakıda VI Autizm Festivalı keçirilib
02.05.2026, 16:31 Olimpiya dünyası
-
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 Noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib
12.11.2025, 16:46 Gündəm
-
Olimpiya çempionu anaların yarışında da birinci olub
21.04.2025, 16:32 Olimpizm
-
Los-Anceles-2028-də debüt edəcək idman növünün kvotaları təsdiqlənib
21.04.2025, 16:26 Olimpizm
-
BOK Los-Anceles-2028-in proqramında dəyişikliklər edib
12.04.2025, 16:34 Olimpizm
-
«Qara qitə»dən rəngarəng görüntülər - FOTO
07.05.2024, 16:37 Fotoqalereya
-
III Avropa Oyunlarında yadda qalan məqamlar - Foto
25.06.2023, 16:43 Fotoqalereya
-
Ulduzlar Mayamiyə toplaşıb - FOTOREPORTAJ
12.06.2023, 16:39 Fotoqalereya