Çimərlik güləşçilərimizdən bir dəst medal 

Çimərlik güləşçilərimizdən bir dəst medal 

Güləş

10.05.2026, 21:18

Vyetnamın Dananq şəhərində çimərlik güləşi mövsümünə start verilib.

Olimpnews.az xəbər verir ki, həftəsonu keçirilən Dünya Seriyasının ilk mərhələsində baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmizi 4 güləşçi təmsil edib. Milli Vyetnamdan 1 dəst medalla qayıdır.

Əşrəf Aşırovun (90 kiloqram) çimərlik güləşində debütü uğurlu alınıb. Qrup mərhələsində maksimum nəticə göstərən həmyerlimiz yarımfinalda yunanıstanlı Mixail Akritidisə, finalda isə gürcüstanlı İuza Tsertsvadzeyə 3:1 hesabıyla qalib gələrək çempion olub.

Sahib Dadaşov (80 kiloqram) qrup 2-cisi kimi yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda fransalı Huqo Kuenoya şans tanımayıb – 3:0. Finalda gürcüstanlı Luka Çxitunidzeyə minimal fərqlə (1:2) məğlub olan Dadaşov gümüş medalı boynundan asıb.

Rübail İbrahimli (70 kiloqram) də qrup ikincisi kimi adını yarımfinala yazdırıb. Güləşçimiz finalın bir addımlığında rusiyalı Konstantin Topşinoyevə 0:1 hesabıyla məğlub olsa da, fransalı Kuentin Stikeri (2:1) üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Dörd çəkidən üçündə təmsil olunan millimiz 60 xal toplayaraq, komanda hesabında Gürcüstan (71) və Ukraynadan (65 ) sonra 3-cü yeri tutub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR