Tallin sınağı üç medalla yadda qaldı

Tallin sınağı üç medalla yadda qaldı

Cüdo

07.06.2026, 20:25

Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə Avropa Açıq Turnirinə yekun vurulub.

Olimpnews.az xəbər verir ki, 33 ölkədən 252 (173 kişi, 79 qadın) idmançının iştirak etdiyi yarışda Azərbaycanı 10 qadın cüdoçu təmsil edib. Komandamız turniri 3 medalla başa vurub. Turnirin ilk günündə Fidan Əlizadə (63 kq) gümüş, Madina Kaisinova (+78 kq) isə bürünc medala sahib çıxıb. Yarışın son günündə isə Gültac Məmmədəliyeva (52 kq) bürünc medala yiyələnib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR