“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir

“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir

Futbol

21.07.2026, 17:42

“Liv Bona Dea Arena”da ot örtüyünün yenilənməsi işləri plan üzrə davam etdirilir.

AFFA-dan Olimpnews.az-a verilən məlumata görə, hibrid tikişli (Hybrid stitched) texnologiya əsasında hazırlanan yeni örtük təxminən 95 faiz təbii ot və 5 faiz sintetik lifdən ibarətdir.

Bildirilib ki, bu texnologiya futbol kimi yüksək intensivlikli idman növlərində örtüyün zədələnməsinin qarşısını alır. Görülən işlər ot örtüyünün keyfiyyətinin yüksəldilməsi, dayanıqlılığının artırılması və beynəlxalq standartlara daha da uyğunlaşdırılması məqsədi daşıyır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR