Fransa millisi dünya çempionatında ilk yarımfinalçı olub

Fransa millisi dünya çempionatında ilk yarımfinalçı olub

Futbol

Bugün, 03:40

Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

ABŞ-nin Foksboro şəhərində yerləşən Boston stadionunda Fransa və Mərakeş milli komandaları üz-üzə gəliblər. Argentinalı FIFA referisi Fakundo Telyonun idarə etdiyi oyun Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 60-cı dəqiqədə Kilian Mbappe və 66-cı dəqiqədə Usman Dembele vurublar.

Bu nəticədən sonra yarımfinala yüksələn Fransa millisi növbəti raundda İspaniya - Belçika cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR