Zelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı

Zelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı  

Cüdo

Bugün, 21:45

"Finalda məğlub olduğuma görə təəssüflənirəm". 

Olimpnews.az xəbər verir ki, bu sözləri Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən cüdo üzrə dünya çempionatının finalından sonra jurnalistlərə müsahibəsində deyib. 

-81 kq çəki dərəcəsində gümüş medala sahib olan cüdoçumuz üçqat dünya çempionu olan gürcüstanlı rəqibin ondan daha güclü olduğunu etiraf edib. 

"Finalda istədiyim kimi mübarizə apara bilmədim. Təəssüf ki, alınmadı. Etiraf etməliyəm ki, rəqib daha güclü idi. Üçqat dünya çempionu ilə mübarizənin yekununda məğlub oldum. Heç bir bəhanə gətirmək fikrim yoxdur", - deyə Zelim Tçkayev bildirib. 

Qeyd edək ki, Zelim Tçkayev ötən il Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR