Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub

Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub

Son xəbər

Bugün, 16:09

Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” komandası Parisdə təşkil olunan Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub.

Yığmamız finalda ABŞ seçməsini 3:2 hesabı ilə məğlub edərək, ilk dəfə təşkil olunan yarışın qızıl medallarını qazanıb.

Qeyd edək ki, futbol üzrə Xüsusi Olimpiya Birləşmiş Dünya Kuboku Xüsusi Olimpiya Hərəkatının təşkil etdiyi, əqli məhdudiyyətli və əqli məhdudiyyəti olmayan idmançıların eyni komandada mübarizə apardığı beynəlxalq turnirdir. Qadınların mübarizəsində 12 milli komanda qüvvəsini sınayıb.

Xüsusi Olimpiya Birləşmiş Dünya Kuboku əqli məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasını gücləndirməyi, inklüziv idmanın inkişafını, futbol vasitəsilə bərabərlik və həmrəyliyi təşviq etməyi hədəfləyir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR