"Sabah" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq

\"Sabah\" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq

Futbol

Bugün, 10:02

Bu futbol üzrə UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. 

Olimpnews.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan son Azərbaycan çempionu "Sabah" da növbəti oyununa  çıxacaq. Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv Uels səfərində TNS komandasının qonağı olacaq. "Park Holl" stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 21:30-da səslənəcək. Matçın baş hakimi ispaniyalı Mateo Buskets Ferrer olacaq. Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda "Sabah" komandası qələbə qazanmışdı -2:0. 

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə "Vardar" (Şimali Makedoniya) – "Kups" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR