Rəşad Rəsullu: "Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir"

Rəşad Rəsullu: \"Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir\"

Cüdo

Bugün, 12:32

"Bakıda səkkiz ildən sonra yenidən böyüklər arasında cüdo üzrə dünya çempionatı keçiriləcək". 

Olimpnews.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib. 

Federasiya rəsmisi qeyd edib ki, bu mötəbər yarış ölkə idmanı üçün xüsusi əhəmiyyət daşıyır.

"Bakı bu il idman paytaxtı statusunu daşıdığı üçün dünya çempionatının məhz paytaxtımızda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Federasiya yarışın təşkilinə hazırlıq prosesində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Beynəlxalq Cüdo Federasiyası və tərəfdaş qurumlarla sıx əməkdaşlıq edir. Əsas məqsəd Bakıda təşkil olunacaq dünya çempionatını indiyədək keçirilən ən uğurlu çempionatlardan birinə çevirməkdir. Sözsüz ki, tədbirin təşkilində biz Beynəlxalq Cüdo Federasiyası ilə yaxından əməkdaşlıq edirik. Üzərimizə düşən öhdəlikləri Azərbaycan Cüdo Federasiyası olaraq ən yüksək səviyyədə yerinə yetirəcəyimizə tam əminik. Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir", - deyə Rəşad Rəsullu bildirib. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR