İspaniya millisinə dünya kuboku təqdim edildi

İspaniya millisinə dünya kuboku təqdim edildi

Gündəm

20.07.2026, 02:54

Futbol üzrə dünya çempionatının mükafatlandırma mərasimi keçirilib. 

Olimpnews.az xəbər verir ki, dünya çempionu İspaniya millisinə qızıl medalları və kuboku ABŞ Prezidenti Donald Tramp və FIFA prezidenti Canni İnfantino təqdim ediblər.

İkinci yerin sahibi Argentina yığması isə gümüş medallarla mükafatlandırılıb.

Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın finalında Argentina komandasına 1:0 hesabı ilə qalib gələrək tarixi də ikinci dəfə dünya çempionu tituluna sahib çıxıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR