DÇ-2026-nın ən yaxşıları müəyyənləşib

DÇ-2026-nın ən yaxşıları müəyyənləşib

Futbol

20.07.2026, 02:48

Futbol üzrə dünya çempionatının ən yaxşıları müəyyənləşib. 

Olimpnews.az xəbər verir ki, çempionatın ən yaxşı oyunçusu adına İspaniya millisinin yarımüdafiəçisi Rodri layiq görülüb.

İspanların heyətində Pau Kubarsi ən yaxşı gənc oyunçu, Unay Simon ən yaxşı qapıçı seçilib.

“Qızıl buts” mükafatı isə 10 qolla turnirin bombardiri olan Fransa millisinin hücumçusu Kilian Mbappeyə təqdim olunacaq.

Qeyd edək ki, İspaniya millisi finalda Argentina yığmasını 1:0 hesabı ilə məğlub edərək ikiqat dünya çempionu adını qazanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR