"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxır

\"Sabah\" Çempionlar Liqasında növbəti oyununa çıxır

Futbol

Bugün, 10:54

Bu gün Azərbaycan çempionu "Sabah" futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxacaq. 

Olimpnews.az xəbər verir ki, paytaxt təmsilçisi səfərdə Finlandiyanın "KuPS" klubu ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhər Mərkəzi Stadionunda başlayacaq. Matçın baş hakimi İsraildən olan FIFA referisi Qal Leyboviç olacaq. 

Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda keçirilən ilk oyunda "Sabah" klubu rəqibinə minimal hesabla (1:0) qalib gəlmişdi. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR