Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək

Futbol

Bugün, 11:01

Bu gün futbol üzrə UEFA Superkubokunun qalibinin adına aydınlıq gələcək.

Olimpnews.az xəbər verir ki, həlledici görüşdə Fransanın PSJ və İngiltərənin "Aston Villa" klubları qarşılaşacaq.

Bakı vaxtı ilə 23:00-da başlayacaq oyun Avstriyanın Zaltsburq şəhərindəki eyniadlı stadionda keçiriləcək. Matçın baş hakimi Somalidən olan FIFA referisi Omar Artan olacaq.

Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının,  "Aston Villa" isə UEFA Avropa Liqasının son qalibidir. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR