Monako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir

 Monako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir

Futbol

Bugün, 10:48

Fransanın “Monako” klubu Pol Poqba ilə yollarını ayırmaq niyyətindədir.

Olimpnews.az xəbər verir ki, klub rəhbərliyi 33 yaşlı yarımmüdafiəçiyə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edilməsini təklif edib. “Monako” Poqbanın sentyabrın 1-dək özünə yeni klub tapa bilməsi üçün müqaviləyə xitam verilməsini istəyir.

Hazırda zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan fransalı futbolçunun təkliflə bağlı qərar verməsi gözlənilir. Bildirilir ki, klub rəhbərliyi məsələ ilə bağlı artıq Poqbanın ailəsinə də məlumat verib.

Poqba ötən il “Monako”ya keçib və Fransa klubunda özünü göstərmək üçün mübarizə aparıb. Lakin zədələr onun komandanın heyətində müntəzəm çıxış etməsinə mane olub.

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü karyerası ərzində “Mançester Yunayted”, “Yuventus” və “Monako” kimi klubların formasını geyinib. .

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR