"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb

\"Xankəndi\" klubunda Müşahidə Şurası yaradılıb

Futbol

Bugün, 14:36

"Xankəndi" Futbol Klubunun idarəetmə strukturunun daha da təkmilləşdirilməsi və klubun qarşıdakı inkişaf hədəflərinin daha səmərəli həyata keçirilməsi məqsədilə mühüm qərar qəbul edilib.
Olimpnews.az bölgə təmsilçisinə istinadən xəbər verir ki, klubun Ümumi Yığıncağının qərarı ilə Müşahidə Şurası yaradılıb.

Müşahidə Şurası klubun strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, idarəetmə proseslərinin təkmilləşdirilməsi, klubun maliyyə və təşkilati fəaliyyətinə nəzarət, uzunmüddətli inkişaf planlarının hazırlanması və əsas qərarların qiymətləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Bildirilib ki, Müşahidə Şurası "Xankəndi" FK-nın idman siyasətinin, infrastruktur layihələrinin, akademiyanın inkişafının, sponsorluq və tərəfdaşlıq əlaqələrinin daha sistemli şəkildə qurulmasına töhfə verəcək.

"Xankəndi" Futbol Klubu qarşıya qoyduğu əsas məqsədlərdən biri kimi peşəkar idarəetmə modelinin formalaşdırılmasını, dayanıqlı inkişafı və Azərbaycan futbolunda xüsusi yer tutan bir klub quruculuğunu müəyyən edib. Müşahidə Şurasının yaradılması bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR