Cüdoçumuz Ekvadorda dünya çempionu adını qazandı

Cüdoçumuz Ekvadorda dünya çempionu adını qazandı 

Cüdo

Bugün, 09:25

Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub.

Olimpnews.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatının ilk günündə 50 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu qızıl medal qazanıb.

Fərid Rzazadə finala gedən yolda Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə qazaxıstanlı Adiljan Nurbekeni məğlub edən cüdoçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün Azərbaycanın daha üç yeniyetmə cüdoçusi dünya çempionatında tatamiyə çıxacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR