III "Ulduz Cup" beynəlxalq futbol turnirinə start verilib

III \"Ulduz Cup\" beynəlxalq futbol turnirinə start verilib 

Futbol

Bugün, 15:38

Bu gün Qubada 2015-ci il təvəllüdlü futbolçular arasında III "Ulduz Cup" beynəlxalq futbol turniri start götürüb.

Avqustun 27-də yekunlaşacaq turnir Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutur.

Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan turnirdə Azərbaycanı "Ulduz", "Zirə", "Sabah", "Neftçi" və "Qarabağ", Özbəkistanı "Paxtakor" və "Bunyodkor", Gürcüstanı "Dinamo" (Tbilisi), Polşanı "Drukarz", Türkmənistanı "Altın Taç", Qırğızıstanı "Sduşorsi", Qazaxıstanı isə "Kayrat" komandaları təmsil edir.

Beləliklə, yarışda ümumilikdə 7 ölkədən 12 komanda mübarizə aparır.

Qeyd edək ki, "Ulduz Cup" beynəlxalq futbol turniri artıq üçüncü dəfə keçirilir. İlk yarışda "Dinamo" (Minsk, Belarus) qalib olub. "Ulduz" ikinci, "Bunyodkor" isə üçüncü yeri tutublar.

Ötən il keçirilən II "Ulduz Cup" turnirində isə "Neftçi" birinci, "Paxtakor" ikinci, "Dinamo" (Tbilisi) üçüncü olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR