Olimpiya stadionu gələn ay təhvil veriləcək

Olimpiya stadionu gələn ay təhvil veriləcək


Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunları çərçivəsində atletika yarışlarının keçiriləcəyi Joau Avelanja stadionu bu ilin noyabr ayında təhvil veriləcək. Xatırladaq ki, 2013-cü ilin mart ayından stadionda bərpa işləri aparılır. Rio-de-Janeyro şəhərinin meri Eduard Paeş əsas işlərin yerinə yetirildiyini və idman obyektinin həcminin artırıldığını deyib. Belə ki, Joau Avelanja stadionu əvvəl
45 min tamaşaçını qəbul edirdisə, indi bu rəqəm 60 min olub. "Qlobal Post” nəşrinin verdiyi məlumata görə, bərpadan sonra stadionda Braziliya çempionatı çərçivəsində "Botafaqo” klubunun iştirakıyla oyun keçiriləcək.