Namizədlər əmək haqqından imtina ediblər

Namizədlər əmək haqqından imtina ediblər

Cümə günü keçirilən mətbuat konfransında Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq bildirib ki, BOK-un prezidenti vəzifəsinə öz namizədliklərini irəli sürən altı iddiaçı əmək haqqından imtina edib. Prezident seçkiləri sentyabr ayında Buenos-Ayresdə keçiriləcək.
BOK rəhbəri məsələ ilə bağlı bunları deyib: "BOK İcraiyyə Komitəsinin iclasında biz komitənin prezidentinə əmək haqqı verilməsi məsələsini müzakirə etdik. Gənclər həm özlərinin, həm də öz ailələrinin qayğısına qalmalıdırlar, onlar üçün bu, mühüm mövzu ola bilər. İndiki altı namizəd qalib gələcəyi təqdirdə əmək haqqından imtina edəcəyini bildirib. Əgər vəziyyət dəyişərsə, İcraiyyə Komitəsi müvafiq tədbirlər görməyə hazırdır”.
Xatırladaq ki, Jak Roqqun kürsüsünə sahib çıxmaq istəyənlər Sergey Bubka (Ukrayna), Tomas Bax (Almaniya), Nq Ser Mianq (Sinqapur), Çin Kuo Bu (Tayvan), Riçard Karrion (Puerto-Riko) və Denis Osvalddır (İsveçrə).
BOK-un indiki başçısı həmçinin yeni prezidentin seçilməsi prosedurundan danışaraq və namizədlərə məsləhət verib.