Fiqurlu konkisürənlərimiz Qran-pri yarışında iştirak ediblər

Fiqurlu konkisürənlərimiz Qran-pri yarışında iştirak ediblər

Olimpiya dünyası

Bugün, 10:05

Sentyabrın 24-26-da Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən idmançılarımız Aleksandr Pluşenko, Arina Kalugina, o cümlədən buz üstündə rəqs cütlüyü Anna Obrien və Drake Tonq Gürcüstanın Batumi şəhərində keçirilən yeniyetmələr arasında Qran-pri yarışında iştirak ediblər.

Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, təmsilçimiz Aleksandr Pluşenko qısa və sərbəst proqram üzrə çıxışı zamanı 26 idmançı arasında 181.97 xal toplayaraq 10-cu yerdə qərarlaşıb.

Digər təmsilçimiz Arina Kalugina 35 idmançı arasında 160.02 xal qazanaraq 14-cü yerə sahib olub.

Anna və Drake cütlüyü isə buz üstünə çıxaraq ritm və sərbəst rəqs üzrə 119.27 xal toplayıb və 18 cütlük arasında 12-ci sırada qərarlaşıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR