Anım Gününə həsr olunmuş açıq birincilik keçirilib

Anım Gününə həsr olunmuş açıq birincilik keçirilib

Ağırlıqqaldırma

27.09.2026, 20:45

Sentyabrın 27-də Gəncə şəhərində Vətən Müharibəsi şəhidlərinin Anım Gününə həsr olunmuş “Vətən” İdman Klubunun ağırlıqqaldırma üzrə açıq birinciliyi keçirilib. 

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda U 11-12, U 13-15 və yeniyetmə yaş kateqoriyasında idmançılar mübarizə aparıblar. Ümumilikdə 70 atlet 21 çəki dərəcəsində qüvvəsini sınayıb. Birincilikdə Gəncə UGİM 1, Gəncə UGİM 2, Gədəbəy, Goranboy, Yevlax, Cəlilabad, Vətən AİK, Zəfər İK, Ümid İK kollektivləri iştirak ediblər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR