Parisdə bürünc medal

Parisdə bürünc medal 

Gimnastika

Bugün, 12:51

Fransanın paytaxtı Parisdə idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya kuboku keçirilib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, gimnastımız Nikita Simonov halqalar proqramında uğurlu çıxış edib. Təsnifat mərhələsində 14,033 xal toplayan idmançı dördüncü pillədə qərarlaşaraq finala yüksəlib. N.Simonov həlledici mərhələdə nəticəsini yaxşılaşdıraraq 14,133 xal toplayıb və bürünc medal qazanıb.   

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR