Karateçimiz Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Karateçimiz Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan karateçisi İrina Zaretska (67 kq) Dubayda Karate1 Premyer Liqa turnirinin bürünc medalını qazanmaqla həm də Tokio-2020 Olimpiadasına lisenziyanı vaxtından əvvəl təmin edib.

Karateçimiz Tokio Yay Olimpiya Oyunlarında 61 kiloqramdan yuxarı çəki dərəcəsində yarışacaq.

Qeyd edək ki, o, Dünya Karate Federasiyasının (WKF) reytinq cədvəlinin və Olimpiya reytinq cədvəlinin lideridir. Bu nəticəyə baxmayaraq, İ.Zaretska hər iki reytinq cədvəlində mövqeyini qorumaq üçün qarşıdakı yarışlara da qatılacaq.

Rafael Ağayevə isə Olimpiya lisenziyası almaq üçün 3 qələbənin reytinq xalları bəs edir.

Azərbaycan karateçilərini fevralın 28-dən martın 1-dək Avstriyanın Zalsburq şəhərində mövsümün üçüncü Karate1 Premyer Liqa turniri gözləyir.